Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2022 03:44
İstanbulda ev yiyəsi kirayədə qalan tələbə qızlara böhtan ataraq onları evindən qovub.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, tərəflər əvvəlcə 4600 lirə qarşılığında razılığa gələrək müqavilə imzalayıblar. Bir müddət sonra isə ev yiyəsi kirayə qiymətini 9750 lirəyə qaldırıb. Tələbə qızlar buna etiraz ediblər. Qapını bağlayan ev yiyəsi qızların mənzilə daxil olmasına mane olub. Evin işığı və suyu dayandırılıb. Evə gələndə qapının bağlı olduğunu görən qızlar üzüntü yaşayıblar. Məsələ ilə bağlı hər iki tərəf polisə şikayət edib. Ev yiyəsi iddia edib ki, evə naməlum şəxslər girib çıxır. Qızlara ağır böhtan atan ev yiyəsinin iddiasını araşdıran polislər, onun yalan danışdığını müəyyən ediblər.
Qızlar evə qaytarılıb. Ev yiyəsinə qarşı təzminat iddiası qaldırılıb.