Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2022 16:54
Güclü qar səbəbilə Ermənistandan Rusiyaya gedən yeganə quru yolu Gürcüstan ərazisində bağlanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi yayıb.
Bildirilib ki, qar səbəbilə Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars gömrük keçid məntəqəsinə aparan beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars yolunun Qudauri-Kobi seksiyasında hərəkət dayanıb, yola yük maşınlarının daxil olmasına icazə verilmir. Digər növ maşınların hərəkəti isə maneəsiz davam edir.
Mtsxeta-Stepantsminda-Lars magistral yolu Gürcüstan ərazisində keçməklə Ermənistandan Rusiyaya gedən yeganə magistral yoldur.