Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2022 18:08
Türkiyənin Sivas vilayətində günün ən aşağı temperaturu qeydə alınıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə məlumat Türkiyə Dövlət Meteorologiya İdarəsinin rəsmi saytında qeyd olunub.
Məlumata əsasən, bu günün ən aşağı temperaturu, - 30,9 dərəcə şaxta, Sivas vilayətinin Göbekören kəndində qeydə alınıb.
Bundan əlavə, ikinci ən aşağı temperaturu, - 29,6 dərəcə şaxta, isə Bolu vilayətinin Samat kəndində müşahidə olunub.
2022-ci ildə ən aşağı temperatur isə Vanın Çaldıran rayonu ərazisində qeydə alınıb. Yanvarın 22-də burda -33,5, dünən isə - 27,1 dərəcə şaxta qeydə alınıb.