Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2022 10:30
REAL Partiyasının sədri İlqar Məmmədov koronavirusa yoluxub.
Sonxeber.net qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə sədr özü deyib. Sədr virusun ona jurnalistdən keçdiyini bildirib:
"Yanvarın 20-də bir jurnalistə müsahibə vermişdim. İki gün sonra zəng etdi ki, xəstəxanaya gedir, kovid tutub, məni də yoluxdurmuş ola bilər. Evdə oturub bir gözləmək qərarı verdim, düz də elədim - dünən qızdırma oldu 38.9 və s.
Bunlar hamısı olan şeydir. Başa düşülməyən başqa məsələ var. Biz indi bütün ailə bir həftə mənzildə oturmalıyıqsa, bizə qidanı, dərmanı kim alacaq, zibili kim atacaq? Düzdür, bu şəxsən bizə aid sual deyil, çünki kömək edəcək yaxınlarımız var. Kiminsə xahiş edəcəyi yaxını yoxdursa, o nə eləsin?"