Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2022 08:22
Avstriyada yanvarın 31-dən peyvənd olunmamış şəxslərlə bağlı karantini ləğv ediləcək.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Kansler Karl Nehammer məlumat verib.
Müvafiq qərar xəstəxanalarda, əsasən də intensiv terapiya şöbələrində vəziyyətin stabilləşməsi ilə əlaqədar qəbul olunub. Bununla belə, ictimai iaşə müəssisələri, mağazalar, mədəniyyət və incəsənət tədbirləri hələ də peyvənd olunmamış şəxslər üçün qapalı olacaq. Bundan əlavə, FFP2 tipli maskadan istifadə məcburiyyəti qüvvədə qalır.