Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2022 23:24
Türkiyənin Milli Təhlükəsizlik Şurası ilin ilk iclasını Beştəpədə keçirib.
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən görüş 4 saat 45 dəqiqə davam edib.
Toplantıda bir sıra regional problemlərlə yanaşı Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunub. İclasın yekun bəynatında Türkiyə və Ermənistan başda olmaqla, tərəflərin konstruktiv, səmimi səyləri ilə bölgədə sülh və sabitliyin möhkəmləndirilməsi üçün yaradılmış mexanizmlərin, həmçinin göstərilən səylərin təkmilləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Şuranın gündəliyində duran məsələlərdən biri də Rusiya ilə Ukrayna arasında son vaxtlar artan gərginlik olub. İclasın yekun sənədində tərəflərə sağlam düşüncə ilə davranmaq barədə çağırış edilib.