Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Körpünün məhəccərlərini satan kənd muxtarı həbs olundu - FOTO

Körpünün məhəccərlərini satan kənd muxtarı həbs olundu - FOTO

Tarix: 28 Yanvar 2022 11:34

Türkiyədə kənddəki körpünün məhəccərlərini satan muxtar həbs olunub.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə Kastamonu vilayətinin Alatarla kəndində baş verib.

Məlumata görə, Taşköprü mahalındakı körpü ötən ilin avqust ayında Kastamonuda baş verən sel fəlakəti nəticəsində nəqliyyatın hərəkəti üçün bağlanıb.

Bir müddət sonra isə körpünün məhəccərləri yoxa çıxıb.

Araşdırma nəticəsində məhəccərlərinin kənd muxtarı K.K tərəfindən sökülərək dəmir külçə ticarətilə məşğul olan A.K-ya satıldığı məlum olub.

Jandarm əməkdaşları A.K-nın evinə baxış zamanı iki ton dəmir aşkar ediblər.

Hər iki şəxsin həbs edildiyi, barələrində istintaqın aparıldığı bildirilib.


Etiketlər:  Körpünün məhəccərlərini satan kənd muxtarı həbs olundu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ