Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cinayətkarın polisin paylaşdığı şəklə yazdığı şərh hər kəsi güldürdü - FOTO

Cinayətkarın polisin paylaşdığı şəklə yazdığı şərh hər kəsi güldürdü - FOTO

Tarix: 28 Yanvar 2022 12:04

İngiltərədə hüquq mühafizəçiləri ilə cinayətkar arasında baş verən hadisə hər kəs tərəfindən gülüşlə qarşılanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, polislər axtarışda olan cinayətkarın görüntüsünü hüquq mühafizə orqanının sosial şəbəkə hesabından paylaşıblar. Onlar 31 yaşlı Maykl Suonsboronun fotosunu istifadəçilərdən yardım almaq ümidi ilə dərc ediblər. Lakin heç kimi gözləmədiyi halda qaçağın özü şəklə şərh yazıb.

"Necə də yaraşıqlı gəncdir", - deyə o, fikrini bildirib.

Suonsboronun şərhi yüzlərlə istifadəçi tərəfindən bəyənilib.

Ancaq bu, polisə onu tapmağa kömək etməyib.

Qeyd edilir ki, Suonsboron 2009-cu ildə adam öldürməyə cəhdə görə axtarışa verilib.

Milli.Az


Etiketlər:  Cinayətkarın polisin paylaşdığı şəklə yazdığı şərh hər kəsi güldürdü FOTO


RƏYLƏR