Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəlilabadda qonşusunu bıçaqlayıb öldürən şəxs həbs olundu

Cəlilabadda qonşusunu bıçaqlayıb öldürən şəxs həbs olundu

Tarix: 28 Yanvar 2022 17:14

Cəlilabad rayonu Uzuntəpə kənd sakini 1997-ci il təvəllüdlü Mirzəxan Gəncəliyevin yanvarın 22-də almış olduğu xəsarətlər nəticəsində yanvarın 27-də xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəlilabad rayon prokurorluğundan Sonxeber.net-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərəçəkmişin qonşusu Həzrət Əliyevin şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı bıçaqla Mirzəxan Gəncəliyevə xəsarətlər yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Həzrət Əliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.


Etiketlər:  Cəlilabadda qonşusunu bıçaqlayıb öldürən şəxs həbs olundu


RƏYLƏR