Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya veteranları Njde haqqında filmin nümayişi ilə bağlı baş prokurora müraciət ediblər

Rusiya veteranları Njde haqqında filmin nümayişi ilə bağlı baş prokurora müraciət ediblər

Tarix: 28 Yanvar 2022 18:32

Rusiya veteranları Rusiya Erməniləri İttifaqının faşist Qaregin Njde haqqında film nümayiş etdirməklə Ermənistan ordusunun gününü qeyd etmək təşəbbüsünə qarşı çıxıblar.

Sonxeber.net xəbər verir ki, "Rusiya veteranları" ümumrusiya ictimai hərəkatı nasizmin və onun əlaltılarının reabilitasiyası üçün bu məsələnin araşdırılmasını və buna hüquqi qiymət verilməsi xahişi ilə Rusiya baş prokuroru İqor Krasnova müraciət edib.

Veteranların müraciətlərində qeyd edilir ki, film Böyük Vətən Müharibəsi illərində Hitlerə xidmət edən erməni millətçisinin tərənnümünə həsr olunub.

"Nasist cinayətkarlarına və onların ortaqlarına haqq qazandırmaq üçün edilən istənilən cəhdlər sadəcə tarixin saxtalaşdırılması deyil, eləcə də əxlaqsız xarakter daşıyır", - veteranlar bildiriblər.


Etiketlər:  Rusiya veteranları Njde haqqında filmin nümayişi ilə bağlı baş prokurora müraciət ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ