Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkə koronavirus qurbanlarının sayına görə Avropada ikincidir

Bu ölkə koronavirus qurbanlarının sayına görə Avropada ikincidir

Tarix: 28 Yanvar 2022 22:02

İtaliya koronavirus qurbanlarının sayına görə Böyük Britaniyadan sonra Avropada ikinci, ümumilikdə isə dünyada doqquzuncu sıradadır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, ötən gün koronavirusun qurbanlarının sayı 389 nəfər artaraq 145 min 159-a çatıb.

Ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 10,5 milyon nəfərdən, aktiv COVID-19 xəstələrinin sayı isə 2,7 milyon nəfərdən çoxdur. Reanimasiya şöbəsində olanların sayı 1645 nəfərdir.

Qeyd edək ki, indiyədək ölkə əhalisinə ümumilikdə 126 milyon 38 min 452 doza peyvənd vurulub.

Milli.Az


Etiketlər:  Bu ölkə koronavirus qurbanlarının sayına görə Avropada ikincidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ