Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda oğlunun avtomobilini tərk edən 67 yaşlı qadın itkin düşdü

Bakıda oğlunun avtomobilini tərk edən 67 yaşlı qadın itkin düşdü

Tarix: 3 Sentyabr 2019 21:51

Bakı. Samir Əli - Trend:

Bakıda qadın itkin düşüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Şevtsov İlya Vladimiroviç sentyabrın 1-də axşam saatlarında Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 27 ünvanında idarə etdiyi "Honda" markalı avtomobili saxlayaraq zibil tullantısını atmaq üçün düşüb. O, zibili atıb qayıdarkən anasını - 1952-ci il təvəllüdlü Şevtsova Olqa İliniçananın avtomobildə olmadığını görüb. Qadın avtomobildən düşüb, naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda oğlunun avtomobilini tərk edən yaşlı qadın itkin düşdü


RƏYLƏR