Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2022 16:25
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni Günel Zeynalova həyat yoldaşı qətlə yetirilən aparıcı Ece Erken haqda paylaşım edib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, ölüm xəbərinə baxmayaraq Ecenin ünvanına xoş olmayan sözlər səsləndirənləri tənqid edib.
O, "Eceyə yaxşı oldu",- deyənləri sərt bir şəkildə qınayıb:
"İnsanlığımızı harada itirdik? Gedirəm axtarmağa, tapsam, nə xoş mənə. Hər ölümdən sonra acılarımızı yarışdırmaqdan və sizə bənzəmir deyə insanları aşağılamaqdan vaz keçin. Dərdin rəngi, dili, irqi yoxdur. Kimin göz yaşı kirpiyindən yanağına düşürsə, o bizim də kədərimizdir. Başın sağ olsun, Ece".
Qeyd edək ki, Erkenin həyat yoldaşı Şafak Mahmutyazıcıoğlu ötən gün güllələnərək qətlə yetirilib. Onların münasibəti başlayanda Şafak evli olub. Əksəriyyət aparıcını buna görə tənqid edib.