Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2022 20:36
Nazirlər Kabineti "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təchizat Normaları"nda dəyişiklik edib.
Dəyişikliyə əsasən, gömrük orqanlarının bütün şəxsi heyətinə 2 il müddətinə bir dəst açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş qısaqol yay köynəyi və şalvar da veriləcək.
Eyni zamanda indiyə qədər gömrük orqanlarının bütün şəxsi heyətinə 1 illiyə verilən 2 ədəd tünd-göy rəngli maykanın əvəzinə 1 illiyinə 2 ədəd açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş mayka (qış üçün qalın, yay üçün nazik) veriləcək.