Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TƏCİLİ: Müdafiə Nazirliyindən əsgər valideynlərinə müraciət: Qadağan olundu!

TƏCİLİ: Müdafiə Nazirliyindən əsgər valideynlərinə müraciət: Qadağan olundu!

Tarix: 30 Yanvar 2022 11:24

Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub.

Bu barədə Sonxeber.net-a Müdafiə Nazirliyindən bildirilib.

Hərbi qulluqçuların sağlamlığının qorunması və xəstəliyə yoluxma riskinin qarşısının alınması məqsədilə əsgər valideynləri və yaxınlarına hərbi hissələrə gəlməməyi, xüsusi ilə də fevralın 6-da keçirilməsi planlaşdırılan andiçmə mərasimlərində iştirak etməməyi tövsiyə edirik.

Vətəndaşlarımızdan ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamağa və karantin qaydalarına ciddi riayət etməyə çağırırıq.


Etiketlər:  TƏCİLİ Müdafiə Nazirliyindən əsgər valideynlərinə müraciət Qadağan olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ