Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2022 12:08
Binə qəsəbəsinin Südçülük yaşayış massivində əsas və daxili yollar yararsız vəziyyətdədir. Sakinlər sözün əsl mənasında əziyyət çəkirlər. Xüsusilə yağış yağandan sonra hər tərəf palçıq olduğundan hərəkət etmək mümkün olmur. Sakinlər palçığa batmamaq üçün yaxınlıqdakı qaz borularının üzəri ilə getmək məcburiyyətində qalırlar. Bu ərazidə yol problemi nə zaman həllini tapacaq?
Bura Binə qəsəbəsinin Suraxanı rayonu ərazisinə düşən hissəsidir. Yol yararsız vəziyyətdə olduğundan həm avtomobillər, həm də insanlar çox çətinliklə hərəkət edirlər.
Ərazidən tez-tez istifadə edən sürücülərin sözlərinə görə avtomobillərinin detalları tez-tez sıradan çıxır. Sakinlər iddia edirlər ki, aidiyyəti qurumlara dəfələrlə məlumat versələr də, nəticəsi yoxdur.
Suraxanı rayon İcra Hakimiyyətindən bildirildi ki, mövcud vəziyyətdən xəbərdardırlar. Problemin aradan qaldırılması üçün aidiyyəti qurumlara məktublar ünvanlanıb. Cari ilin ikinci rübündə həmin yolların asfaltlanaraq yenidən qurulması nəzərdə tutulub.