Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makron Putinlə ABŞ-a qarşı birləşir...

Makron Putinlə ABŞ-a qarşı birləşir...

Tarix: 30 Yanvar 2022 17:24

Rusiya Avropa üzərindən NATO daxilində cəbhələşməni dərinləşdirmək ssenarisini tətbiq edir:

- Makronla Putin 1,5 saatlıq telefon söhbətində dialoqun davamı və Normand formatının bərpası ilə bağlı müzakirələr aparıb;

- Lavrovun alman həmkarı Annalena Berbokla telefon söhbətində tərəflər Minsk razılaşmasının Normand formatı çərçivəsində həyata keçirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsinə razılaşıb;

- Putinlə danışdıqdan bir gün sonra Makron Zelenskiyə zəng edib və Normand formatı çərçivəsində növbəti görüşün tezləşdirilməsi üzərində razılaşıblar.

Fransa və Almaniya Normand formatı çərçivəsində prosesi nəzarətə almaq, qarşıdurmanı yumşaltmaq və ABŞ-ın müdaxiləsini azaltmaq istəyir. Rusiya bundan ABŞ və NATO-ya qarşı Avropa üzərindən siyasi cəbhə açmaq üçün istifadə edir. İstisna deyil ki, Paris və Berlin Moskvaya Ukrayna, eləcə də Şərqi Avropada təhlükənin olmayacağına dair vədlər verə və NATO daxilində Vaşinqtona qarşı daha aktiv mövqe tuta bilər.

Bu kontekstdə Baydenin yaxın zamanda Şərqi Avropaya əsgər göndərmək istəyi diqqət çəkir: Vaşinqton daha sərt gedişlərlə Rusiyaya qarşı cəbhəni bütövləşdirmək niyyətindədir.

Milli.Az


Etiketlər:  Makron Putinlə ABŞ qarşı birləşir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ