Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2022 20:48
Kosmetik vasitələr xanımlar üçün çox vacibdir. Onların seçilməsinə yetərincə çox vaxt və vəsait sərf olunur.
Müasir dövrdə hər gün yeni kosmetik vasitələr təqdim olunur. Çeşidlər artdıqca seçim çətinləşir.
Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova bu barədə AZƏRTAC-a bildirib: "Kosmetikanın keyfiyyəti onun uzun müddət qalması ilə müəyyən edilir. Kosmetik vasitəni əlin üzərinə çəkəndə qələmin üstündəki rənglə eynidirsə, bu, onun keyfiyyətinə dəlalət edir".
Kosmetikanın bahalı olması və hansısa məşhur firmanın istehsalı olması onun keyfiyyətinə zəmanət vermir. Həkim-dermatoloqun fikrincə, baha qiymətə keyfiyyətsiz və əksinə, məşhur olmayan firmanın keyfiyyətli kosmetik vasitələri olur: "Orta və ya aşağı nüfuza malik elə kosmetik firmalar var ki, onlarda gözəl rəng çalarları var. Məsələn, dodaq boyasının keyfiyyətlini yoxlamaq üçün onu dodağa və ələ hamar formada çəkmək lazımdır. Dodaq boyalarının çürümüş vəziyyətdə olması onun istifadə vaxtının bitməsinin yox, keyfiyyətsizliyinin göstəricisidir. Elə tonal kremlər var ki, onu üzə sürtəndən bir müddət sonra qabıq verməyə başlayır".