Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kanada Ukraynadakı diplomatlarını geri çağırır

Kanada Ukraynadakı diplomatlarını geri çağırır

Tarix: 31 Yanvar 2022 10:04

Rusiya və Ukrayna arasında yaranan gərginlik fonunda Kanada səfirliyinin "əsas olmayan əməkdaşlarını" və ölkədə qalan diplomatların yaxınlarını Kiyevdən müvəqqəti olaraq geri çağırmaq qərarına gəlib. 

Sonxeber.net "bizim.media"ya istinadən xəbər verir ki, müvafiq bəyanat Kanada hökumətinin saytında dərc edilib.

Eyni zamanda, hesabatda qeyd olunur ki, diplomatik missiyanın komandası digər məsələlərlə yanaşı, təhlükəsizlik sektorunda islahatlar və münaqişələrin həlli üzrə ixtisaslaşmış ekspertlər tərəfindən gücləndiriləcək. Beləliklə, Kanadanın Kiyevdəki səfirliyi öz işini davam etdirəcək.

Bundan əvvəl ABŞ, Böyük Britaniya və Avstraliya diplomatik nümayəndəliklərinin əməkdaşlarını və onların ailə üzvlərini Ukraynadan çıxardıqlarını bəyan ediblər.

Onların ardınca Almaniya hakimiyyəti elan edib ki, Ukraynanı tərk etmək istəyən alman diplomatların qohumları Almaniya Xarici İşlər Nazirliyinin hesabına bunu edə bilərlər. 

Kanada hakimiyyətinin qərarı Ukrayna prezidenti Vladimir Zelenskinin xarici diplomatik missiyaların əməkdaşlarını ölkədən çıxarmamaq çağırışlarına baxmayaraq qəbul edilib.


Etiketlər:  Kanada Ukraynadakı diplomatlarını geri çağırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ