Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın 5 bankı yeni stablecoin – USDF buraxacaq

ABŞ-ın 5 bankı yeni stablecoin – USDF buraxacaq

Tarix: 1 Fevral 2022 22:40

ABŞ-ın beş bankı - New York Community Bank, NBH Bank, FirstBank, Sterling National Bank və Synovus Bank yanvarın 12-si rəqəmsal valyuta (USDF) buraxmaq üçün Figure Technologies və Jam Fintop şirkətləri ilə konsorsium (The USDF Consortium™) yaradaraq birgə əməkdaşlığa start verdilər. USDF qeyri-bank stabilecoinlərə alternativ rəqəmsal valyuta olacaq və dəyəri 1 ABŞ dollarına bərabərdir. Provenance blokçeyinində yaradılan USDF istifadəçilərin müdafiəsi məsələlərini həll etməklə bərabər, blokçeyn əməliyyatları üçün daha təhlükəsiz seçim təklif edir. Hazırda bazar kapitalizasiyasına görə ən iri stablecoinlər USDT (Tether Limited) və USDC (Circle) hesab edilir.


Etiketlər:  ABŞ bankı yeni stablecoin USDF buraxacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ