Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məhkəmədə gəlinliklə iştirak etdi

Məhkəmədə gəlinliklə iştirak etdi

Tarix: 2 Fevral 2022 04:24

Türkiyənin "Sisi" ləqəbli aparıcısı Seyhan Soylu unikal addım atıb.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, Seyhan onu sosial şəbəkədə evlilik vədi verib aldadan şəxslə məhkəməsinə gəlinlik geyinib gedib.

Soylunun sözlərinə görə, iki il öncə həyat yoldaşı ilə yeni ayrıldığı vaxtlarda sözügedən şəxslə tanış olub. Ondan çox xoşunun gəldiyini, get-gedə münasibətlərinin irəlilədiyini söyləyib. Lakin oğlanın onu aldatdığı ortaya çıxıb.

Bundan sonra aparıcı məsələni ictimailəşdirib. Nəticədə hər iki tərəf bir-birini məhkəməyə verib. Hətta Aksel E adlı şəxs Seyhanın şəxsi həyatla bağlı məlumatları yaymasına görə, 7 il həbs olunmasını istəyib.

Bu gün baş tutan məhkəmədə qraşı tərəf iştirak etməyib. Gəlinlik geyinən Soylu bu libasın fotosunu həmin oğlanın ona göndərdiyini bildirib. O, "Mən bu tələyə düşdüm başqa qızlar aldanmasınlar. Nikah günü geyinməli olduğum paltarla məhkəməyə gəldim",-deyib.


Etiketlər:  Məhkəmədə gəlinliklə iştirak etdi


RƏYLƏR