Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2022 11:50
Əməkdar artist Mətanət İsgəndərli bir müddət əvvəl dünyasını dəyişən atası Məhəmmədəli ilə bağlı paylaşım edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni atası üçün darıxdığını yazıb:
"Atalı, günlərim haradasınız? Haradan tapım sizi? Zalım, bivəfa, nankor dünya... Nifrət edirəm sənə, dünya. Atamı əlimdən alan dünya... Nə edim səni? Nəyimə lazımsan? Sən ki mənim əlimdən atamı aldın. Düşmənimsən, ey dünya, düşmənim. Gözün kor olsun, dünya. Axı atam yaşamaq istəyirdi. Onunla bağlı o qədər arzularım var idi... Atamın o yaralı, param-parça olan ürəyi dözə bilmədi, bu haqsız , zalım dünyaya. Allah sənə rəhmət eləsin, ruhun şad olsun, mənim əziz atam. Ömrüm boyu qəlbimdə yaşayacaqsan. Hər zaman Allaha yalvaracam ki, bizi axirətdə qovuşdursun".