Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2022 14:48
Türkiyə Ermənistanla normallaşma prosesində bir daha sülh və diplomatiyanın tərəfdarı olduğunu nümayiş etdirdi.
Bunu hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib.
O, qeyd edib ki, Ermənistanla uçuşlar bərpa olunur, amma bu nöqtəyə gəlib çıxmaq üçün uzun bir yol qət edilib.
Çelik, həmçinin, əlavə edib ki, Vətən Müharibəsi bu normallaşmanın baş verməsi və bölgədəki sülh üçün bir fürsət yaradıb:
"Bu normallaşma addımları Azərbaycanın razılığı ilə atılır", - deyə Çelik qeyd edib.