Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2022 19:44
Türkiyəli model Ece Su Uçkanın da olduğu taksi Kadıköydə dənizə düşüb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə model öz instaqram hesabında paylaşım edib. Hadisə ötən gün axşam saatlarında baş verib. Marinaya çatmağa az qalmış taksi sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi dənizə düşüb.
Üzərək sahilə çıxmağı bacaran Ece həmin anları belə xatırlayır:
"2,5 metr uçduq. Suyun altında qaldıq. Üzmək və canımızı qurtarmaq məcburiyyətində idik. Hazırda taksi sürücüsü və mən yaxşıyam. Yaxşı qurtardıq. Qapını açan kimi içəri su ilə doldu. Özümüzü xilas etməyi bacardıq".