Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2022 14:08
Tanınmış sosial media fenomeni və keçmiş model Diana Əhədpur yenidən geyimi ilə gündəmə gəlib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, Moskvada əyləncə məclislərinin birinə qatılan Əhədpurun libasının və aksessuarlarının qiyməti barədə "Kim haradan geyinir" səhifəsi yazıb.
Bildirilib ki, Diananın qara rəngli və daş-qaşla bəzədilmiş libası "Sol Angelan" brendinə məxsusdur. Qiyməti 850 dollar, təxminən 1445 manatdır.
"Aquazzura"ya məxsus ayaqqabı isə dondan bahadır. Onun qiyməti 1350 dollar, təxminən, 2295 manatdır.
Əhədpur çantasını isə "Prada"dan alıb. Bunun üçün 1116 dollarından, təxminən 1887 manatından keçib.