Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2022 22:33
Digər ədviyyatlar kimi mixək də öz ətri ilə xoş duyğular bəxş etməklə yanaşı, həm də müalicəvi təsirlərə malikdir.
AZƏRTAC bildirir ki, hər gecə yatmazdan əvvəl 1 mixək çubuğu çeynəmək öskürəyin qarşısını alır və ağızdan gələn qoxunun aradan qaldırılmasını təmin edir.
Mixəyin su ilə qarışdırılıb içilməsi bədəndə şişkinliyin azalmasına səbəb olur. Onun dəmləməsi sakitləşdirici təsirə malikdir. Qrip və soyuqdəymə zamanı həmin dəmləmədən içmək boğaz ağrılarını aradan qaldırır. İştahanı artırır, immuniteti gücləndirir, yorğunluğu aradan qaldırır, yaddaşı möhkəmləndirir.
Bir stəkan qaynar suyun içərisinə 9-10 mixək atılaraq 5-6 dəqiqə dəmlənilir və hər səhər həmin çaydan bir stəkan içilir.
Lakin onu da nəzərə almaq lazımdır ki, gözəl dada malik mixək çayının çox içilməsi boğazda qıcıqlanma yarada və bədəndə allergiya yaranmasına səbəb ola bilər.