Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ölkədə sakitlik olanda hakimiyyətdən gedəcəm” - Lukaşenko

“Ölkədə sakitlik olanda hakimiyyətdən gedəcəm” - Lukaşenko

Tarix: 5 Fevral 2022 23:30

Belarus Prezidenti Aleksandr Lukaşenko hakimiyyətdən hansı halda gedəcəyi ilə bağlı danışıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, ölkə ətrafında çətin vəziyyət yarandıqca ölkəyə rəhbərlik edəcəyini deyib.

Bildirib ki, ölkədə sakitlik olanda gedəcək: "Müharibə və ya 2020-ci ildə keçirilən prezident seçkilərindən sonra yaranmış vəziyyət kimi vaxtda həmişə rəhbər olacağam"

Qeyd edək ki, 9 avqust 2020-ci ildə Belarusda prezident seçkiləri keçirilib. Ertəsi gün ölkənin Mərkəzi Seçki Komissiyası 80,10% səslə Lukaşenkonun qələbəsini elan edib. Nəticədən narazı olanlar ölkədə kütləvi etiraz aksiyaları keçirib.


Etiketlər:  Ölkədə sakitlik olanda hakimiyyətdən gedəcəm Lukaşenko


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ