Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Seyidovun vəzifəsinin həvalə olunduğu polkovnik məşhur generalın xalası oğludur - FOTO

Seyidovun vəzifəsinin həvalə olunduğu polkovnik məşhur generalın xalası oğludur - FOTO

Tarix: 6 Fevral 2022 11:22

Xəbər verdiyimiz kimi, Nəqliyyatda Baş Polis İdarəsinə rəis əvəzi təyin edilib.

Bundan sonra polis polkovniki Nəriman İmanov idarənin rəis vəzifəsini icra edəcək.

Sonxeber.net Manset.az-a istinadən bildirir ki, Nəriman İmanov təcrübəli polis zabitlərindən biridir. O Nərimanov, Masallı, Sumqayıt Şəhər Polis İdarələrinin rəisi vəzifələrində çalışıb. Eyni zamanda, Gəncə Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, mərhum polis generalı Rasim Musayevin xalası oğludur.

Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.


Etiketlər:  Seyidovun vəzifəsinin həvalə olunduğu polkovnik məşhur generalın xalası oğludur FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ