Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2022 22:58
Səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, torpaq vergiləri və digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla, vergiödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər.
Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergiödəyicisində keçirilən səyyar vergi yoxlaması zamanı qeyd olunmuş müddətlər nəzərə alınmaqla yoxlamanın əhatə etdiyi dövr və (və ya) vergi növləri bəzi hallarda artırıla bilər.
Belə ki, vergiödəyicisinin müraciəti əsasında keçirilən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən sonrakı dövrdə vergidən yayınma hallarının olması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda və cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq-mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda vergilərin artırılması mümkündür.