Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2019 20:12
Bakı. Trend:
Xarici işlər naziri Elmar Məmmədyarov Latviyanın Azərbaycana yeni təyin olunan səfiri Daynis Qarançsı qəbul edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, səfir Latviya Xarici İşlər naziri Edqar Rinkeviçsin salamını E.Məmmədyarova çatdırıb. Öz növbəsində E.Məmmədyarov D.Qarançsı səfir təyin olunması münasibətilə təbrik edərək öz salamlarını Latviyalı həmkarına çatdırıb.
Görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.
E.Məmmədyarov Latviyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin