Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2022 12:27
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə görüşüb.
Bunu M.Cabbarov tvitter səhifəsində yazıb.
"Avropa Komissiyasının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı
Oliver Varhelyi ilə Avropa İttifaqının təklif etdiyi maliyyə alətləri, qarşılıqlı ticarətin genişləndirilməsi, investisiyalar və işğaldan azad olunmuş ərazilərimizin bərpasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi apardıq", - nazir bildirib.