Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2022 15:15
Türkiyədə "Survivor All Star" yarışmasında iştirak edən kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev (Kobra Pərviz) şou zamanı təsirli anlar yaşayıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, oğlu Yusiflə onlayn danışan Pərviz göz yaşlarına hakim ola bilməyib.
Abdullayev oğluna onun üçün darıxdığını deyib: "Buradayam, amma ürəyim sənin yanındadır. Sənin üçün, Oğuzxan (digər oğlu -red.) üçün, mama üçün - hamınız üçün darıxıram. İnşallah gələcəyəm".
Oğlu da atası üçün darıxdığını deyib və ona yarışmada qalib gəlməyi arzulayıb.