Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya xarici işlər nazirinin Rusiyaya səfərinin tarixi açıqlanıb

Britaniya xarici işlər nazirinin Rusiyaya səfərinin tarixi açıqlanıb

Tarix: 7 Fevral 2022 17:18

Britaniya xarici işlər naziri Liz Trasın Rusiyaya səfərinin tarixi açıqlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Britaniya xarici işlər naziri fevralın 10-da Moskvaya gələcək.

"Times" bildirib ki, xarici işlər naziri Moskvanı Ukrayna ətrafında eskalasiyanı azaltmağa və əsassız təcavüzə son qoymağ çağıracaq. "O, Sergey Lavrovla görüşündə işğalın sadə ruslara, eləcə də iqtisadiyyata vuracağı zərəri vurğulayacaq", "Times" qeyd edib.

Xatırladaq ki, Liz Tras fevralın əvvəlində COVID-19-a yoluxduğu üçün Ukrayna və Rusiyaya səfərini təxirə salmışdı.

Milli.Az


Etiketlər:  Britaniya xarici işlər nazirinin Rusiyaya səfərinin tarixi açıqlanıb


RƏYLƏR