Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2022 22:16
Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlardan sonra deyib ki, Paris yaxın həftələrdə Ukrayna ətrafında vəziyyəti sabitləşdirməyi hədəfləyir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bundan əvvəl Makron bildirib ki, Rusiya və Ukrayna liderləri ilə görüşləri zamanı o, hər iki dövlətin Minsk razılaşmalarına sadiqliyinə dair təminat alıb.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynada vəziyyətin gərginləşməsinə səbəb olmayacağına söz verib. Makron həmçinin vurğulayıb ki, iki ölkə başçıları ilə aparılan danışıqlar regionda təhlükəsizliyin təmin edilməsində irəliləyişə nail olmağa imkan verib.
Qeyd edək ki, Makron Vladimir Putinlə fevralın 7-də, Zelenski ilə isə fevralın 8-də görüşüb.