Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2022 16:05
Şair Nazilə Səfərli verilişlərə çıxmaq üçün qonorar tələb edən müğənni Xatirə İsama dəstək çıxıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, o, ifaçının haqlı olduğunu, proqramlara qatılan sənət adamlarına pul verilməsinin tərəfdarı olduğunu deyib:
"Xatirə yerdən-göyə qədər haqlıdır. Ona görə yox ki, vaxtında efir məkanına pul xərcləyim. İndi onu geri almalıdır. Əgər bir sənətçi televiziyanı qazandırırsa, televiziya da onu qazandırmalıdır. Dünyada belədir. Sadəcə niyə burada bunu etmirlər? Azərbaycan sənətkarlarla dolu ölkədir. Bolluqdur. Ona görə də televiziya rəhbərləri düşünür ki, olmasın o, olsun başqası... Xatirə dedi ki, el bir olsa, dağ oynadar yerindən. Düzdür, dəstək olunsa, olacaq.
Demirik ki, toya yarım saata 5 min manata gedən müğənniyə efir də 5 min versin. Amma 100 manat da versələr olar. Televiziya rəhbərləri o pulu evinə aparır. Hamısının villası, şəraiti, uşağının, arvadının sürücüsü. Bunu nəyin sayəsində edirsiz? Sənət adamlarının sayəsində edirsiz. Niyə olur? Reytinq sayəsində... Reytinqi də biz məşhurlar veririk. Evdən çıxanda makiyaj, geyim... Hamısı puldur. Efirə çıxan 2, 3 minlik kostyum geyinməlidir. Bunları sizə ediriksə, təşəkkür etməlisiniz. 15 saniyəlik reklam efirdə 1500, 30 saniyəlik reklam 2 min manatdırsa, verilməlidir".
Qeyd edək ki, müğənnilər Xatirə İslam, Natavan Həbibi və reper Elşad Xose verilişlərə çıxmaq üçün qonorar istəyir.