Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Özü həmin adamlara “çuşka” deyir” - Natavana cavab

“Özü həmin adamlara “çuşka” deyir” - Natavana cavab

Tarix: 9 Fevral 2022 20:10

Əməkdar artist Dilarə Əliyeva prodüser həyat yoldaşı Oqtay Əliyevin ünvanına ağır sözlər yazan müğənni Natavan Həbibiyə cavab verib.

Sonxeber.net xəbər verir ki, məşhur aparıcı, aktrisa olay-a açıqlamasında deyib ki, N. Həbibi və digər sənətçilər qonorarı vaxtında ödəniş edib çıxdıqları verilişlərdən tələb etsinlər:

"Hər kəsin öz zövqü, baxış bucağı var. Natavan və digər qonorar tələb edən müğənnilərimizlə bağlı ya sənətinə, ya da şəxsiyyətinə toxunan nə süjet verdiyimizi, nə də söz dediyimizi xatırlamıram. Hərənin bir xarakteri var. Onların qonorar tələb etməsi də normaldır. Düşünürəm ki, onlar qonorarı vaxtında ödəniş edib çıxdıqları verilişlərdən tələb etsinlər. Bizim televiziya tarixində hələ kimsə deyə bilməz ki, Dilarə Əliyevanın proqramında hansısa qonorar müqabilində çıxış edib. Bunu açıq şəkildə deyirəm, bütün incəsənət və şou-biznesdə olan insanlar da bilirlər. Arzu edirəm ki, televiziyaların, iqtisadiyyatımızın gücü elə olsun  ki, hər kəs öz qonorarını əldə edə bilsin.

O ki qaldı başqa sözlərə... Əgər sağlam polemika varsa, bir-birimizlə sağlam şəkildə danışaq, bir-birimizin qəlbinə, ürəyinə, gördüyü işlərə, keçirdiyi illərə hörmət qoymağı bacaraq. Oqtay Əliyevin açıqlamasında kimsəyə toxunacaq nəsə yoxdur. Oqtay demir ki, televiziyalar onları çağırılmağa layiq olmadıqları üçün dəvət etmirlər. O, deyir ki, bizdə maliyyə məsələləri elə səviyyədə deyil ki, verilişə gələn qonaqlar hansısa qonorar müqabilində çağırılsınlar. Belə bir durum yoxdur, iqtisadi  baxımdan mümkün deyil. Kimsə kimsəni efirə zorla dəvət edə bilməz.

Zamanında instaqram, feysbuk yox idi. Bir efir var idi. Mən də öz proqramıma dəvət etdiyim müğənnilər hansısa qonorara görə gəlməyiblər. Mənim bu durumda təklifim odur ki, vaxtında hansı efirlərə ödənişlə çıxıblarsa, elə onlardan da qonorar tələb etsinlər. Amma fikir bildirəndə dediyimiz sözün məsuliyyətini dərk edək. Zərbə deyəndə, hansı zərbədən söhbət gedir? Natavan Həbibi daha diqqətlə danışsa, sözlərinə fikir versə... Məsələn, bir var desin ki, efirə biz gəlməyək, bayağı mahnılar səslənsin. Hansı ki, mənim efirimdə bir dəfə də olsun bayağı ifalar olmur. Amma fikrini izah edir ki, biz gəlməyək, "çuşka-muşka"ları çağırın. Sonra deyir ki, zərbə vurdunuz. Bəs "çuşka-muşka" ifadəsi nə qədər düzgündür?

Qurduğu sözlərə, ifadələrə qarşı diqqətli olmalıdır. Zərbə adlandırdığı verilişdə bu, elə yox belədir, hər kəsin gördüyü işə görə, onun şərhləri verilir. Bu gün ən kobud formada fikrini dilə gətirir. Mən isə həyatı boyu nə o cür kəlmələrdən istifadə etmişəm, nə də kiminsə qəlbinə dəymişəm. Kimin sənəti, şəxsiyyəti var, onlara toxunmamışıq. Natavan incəsənətə vurulan zərbə deyəndə hansı incəsənət nümayəndəsinə vurulan zərbəni nəzərdə tutdu? Kimə toxunduq? Kimin sənətini yerlə bir etdik? Şəxsiyyətini təhqir etdik? Şəxsən mən onun işlətdiyi ifadəni dilimə gətirməmişəm. "Bayağı", ya da "ucuz" musiqi ritmi sözünü deyə bilərəm, amma "çuşka" demərəm. Mən kimə nə dediyimin o qədər gözəl fərqindəyəm ki, əsl sənəti də, incəsənəti də, sənətin meyarlarını da bilirəm. Bu baxımdan Oqtay Əliyevin  dedikləri kimsəni qıcıqlandırmasın. İndi bütün sahələrdə durum belədir ki, onların qonorarla efirə dəvət edib, yola salmaq mümkün deyil. Aparıcılar gecə-gündüz, səhərdən axşama qədər işləyirlər, maaş alırlar. Onların əmək haqqısı müğənnilərin tələb etdiyi qonorarın yarısının, yarısı deyil. 

Mən xatırlamıram ki, Natavanın özünə, hansısa mahnısına zərrə qədər toxunacaq bir sözüm olsun. Qurduğu cümlə çox da zəif deyil. İncəsənətə vurulan böyük zərbə, özü də ailə şəklində deyir. Mən o vaxt danışa bilirəm ki, ortada aqressiya olmasın, sağlam polemika olsun, ağız deyəni qulaq eşidir. Bunlar misal şəklində çəkilir. Bütün hallarda "bayağı" mahnını tənqid etmişəm, daha doğrusu sarkazm və satira ilə yanaşmışam. Bunu zərbə deyə anlayır. Özü isə həmin adamları "çuşka" adlandırır. Baxaq daha çox kim təhqir edir və zərbə vurur. Sözümüz varsa, mənim telefonum bütün günü açıqdır, sağlam polemikalara da hər zaman açığam. Əsl incəsənət adamı mədəniyyətini göstərməlidir, artıq, əlavə sözlərdən istifadə etməməlidir. Hətta onun davası, acığı, hirsi, kini belə yüksək mədəniyyətlə təqdim olunmalıdır, kobudluqla deyil".


Etiketlər:  Özü həmin adamlara çuşka deyir Natavana cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ