Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2022 13:50
"Mən vaxtında çox problemlərdən yazmışam. Efirlərdən, aparıcıların reytinq xatirinə müğənnilərdən istifadə etməsindən, kanal rəhbərlərinin və işçilərinin öz yaxınların, qohum və qonşuların tədbirlərində, restoranlarında havayı oxutdurmasından, getməyəndə kanala "zapret" qoymasından. Bölgələrdə, şəhərdə keçirilən bütün dövlət tədbirlərinə təmənnasız getməyimizdən, təşkilatçıların bizim adımıza yazıb öz ciblərinə qoyduqları qonorarlardan".
Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri feysbuk statusunda müğənni Nura Suri qeyd edib. O, deyib ki, 2004-cü ildən pandemiya dövrü başlayana qədər bütün bölgələrə öz hesabına gedib:
"Yol, köməkçi, yemək pulu və sairəni öz cibimizdən ödəmişik. Dövlət üçün etmişik, bilməmişik təşkilatçılar adımızdan pul alıb ciblərinə qoyurlar.
Hələ etdiyimiz xeyriyyə işlərindən danışmıram. Xeyriyyə konsertləri, imkansızlara yardımlar və s. Bütün bunları dövlətimiz, xalqımız üçün etmişik. Sonunda söyülən də biz, "zapret"ə qoyulanda biz olmuşuq.
Hər bir müğənni gördüyü işlərin bir gün dəyərləndirəcəyinə ümid edib ki, ad veriləcək. Heç bir sənətçi başqa heç bir maraq güdməyib (bu haqda da ayrı yazmaq lazımdır).
Bəzi ad alan müğənnilərin heç biri dövlət başçısının görmədiyi tədbirə getməyiblər heç. Hər yerdən xeyir güdüb pul qazanıblar ancaq. Bəziləri kiminsə toy məclislərində oxuya-oxuya alıblar ad. Heç vaxt bir konsertləri belə olmayıb. Keçmiş mədəniyyət nazirinin müğənnilərə qoyduğu dəyər göz önündədir, artıq şərhə heç ehtiyac da yoxdur.
Mən də yazanda az qalırlar bəzi yazdıqlarım sərf etməyən qurumlar məni müxalifətçi çıxarsınlar. Şəxsən mən bir qadın kimi, müğənni, aparıcı kimi çox əzilmişəm. Amma heç vaxt öz problemlərimdən yazmamışam. Başqalarını düşünüb yazmışam. Bir gün haqq ədalət yerini tutar düşünərək səbr etmişəm.
3 il əvvəl yazdığım statusuma çimərlik geyimində şəklimi yapışdırıb paylaşıblar bu gün.
Bəsdirin bizdən şərh xatirinə, reyting xatirinə istifadə etdiz. Mənim valideynlərimin hər kisi qazidirlər. Heç olmasa onlara hörmət qoyun. Bütün saytların tədbirlərində havayı oxumuşuq biz müğənnilər. Cibimizdən salona, köməkçiyə pul ödəmişik sizin tədbirlərə gələndə. Hamımız əziyyətlə qazanıb ailəmizi dolandırıq, heç kəsdən rüşvət almırıq, heç kəsin cibinə girmirik. Əl çəkin bizdən".
Milli.Az