Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2022 15:26
Gürcüstan kanallarından birində yayılan xəbər erməniləri qəzəbləndirib. Belə ki, ölkənin "İmedi" teleşirkəti "matsun"un (qıcqırdılmış süd məhsulu) Gürcüstan ərazisindən Rusiyaya çatdırılmasına qadağa qoyulması ilə bağlı süjet hazırlayıb. Daha əvvəl xəbər verildiyi kimi, qadağaya səbəb Gürcüstanın öz milli məhsulu olan matsonini coğrafi göstərici kimi qeydiyyatdan keçirməsidir. Buna görə erməni istehsalçıları məhsulun adını "erməni dağ yogurtu"na dəyişməli olub.
"İmedi"nin bu mövzuda hazırladığı süjet yeni qalmaqala səbəb olub. Reportajın nümayişi zamanı ekranda süd məhsulu olan butulkalar göstərilib. Etiketlərində gürcü dilində "matsoni", ermənicə isə "Qarabağ Azərbaycandır, dolma da azərbaycanlılarındır" yazılıb", - gürcü mətbuatı yazır.
Bu insident, internetdə qızğın müzakirəyə və erməni istifadəçilərin hiddətinə səbəb olub. virtualaz.org