Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ADA-da “Milli Qoşulmama Hərəkatı Modeli” - FOTO

ADA-da “Milli Qoşulmama Hərəkatı Modeli” - FOTO

Tarix: 10 Fevral 2022 21:45

Cəmiyyətdə, xüsusən də gənclər arasında Qoşulmama Hərəkatının, eləcə də Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə təsis olunan Hərəkatın Gənclər Şəbəkəsinin fəaliyyətinin daha geniş təbliğ edilməsi məqsədilə fevralın 10-da Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Gənclər Şəbəkəsinin Azərbaycan üzrə yerli bölməsi olan Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə ADA Universitetində "Milli Qoşulmama Hərəkatı Modeli" simulyasiya konfransı baş tutub.

Sonxeber.net bildirir ki, tədbir Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun nitqi ilə başlayıb. Nazir çıxışında Azərbaycanın Hərəkata sədrliyi çərçivəsində həyata keçirilən təşəbbüs və layihələrdən, o cümlədən ötən ilin oktyabr ayında Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis edilməsi və Azərbaycan sədrliyinin Hərəkata verdiyi mühüm töhfələrdən bəhs edib.

Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin rəhbəri vəzifəsini icra edən Orduxan Qəhrəmanzadənin moderatorluğu ilə davam edən açılış mərasimi Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadənin çıxışları ilə davam edib. Mərasimin sonunda Gənclər Şəbəkəsi tərəfindən hazırlanmış Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilən videoçarx nümayiş olunub.

Ümumilikdə 3 gün davam edəcək Milli Qoşulmama Hərəkatı Modeli Simulyasiya Konfransında Qoşulmama Hərəkatının fövqəladə nazirlər iclasının simulyasiyası həyata keçiriləcək. İştirakçılar Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər naziri rollarını icra edərək iqlim dəyişikliyi və onun yaratdığı problemlərə həll yolunun tapılması istiqamətində müzakirələr aparacaqlar.


Etiketlər:  Milli Qoşulmama Hərəkatı Modeli FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ