Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Siqareti tərgidəndən sonra tütün asılılığını aradan qaldırmaq üsulları

Siqareti tərgidəndən sonra tütün asılılığını aradan qaldırmaq üsulları

Tarix: 10 Fevral 2022 22:03

Siqaretin tərkibində olan zəhərli maddələr bir çox xəstəliklərə səbəb olmaqla yanaşı asılılıq da yaradır.

Ona görə də siqareti tərgidənlər tütündən aldığı damaq zövqünü yeməklərdə axtarır.

Həkim-fitoterapevt Elnur Eldaroğlunun AZƏRTAC-a verdiyi açıqlamaya görə, ilk vaxtlar orqanizmdə nikotinə böyük tələbat olsa da, ondan asılılığı təbii yolla aradan qaldırmaq mümkündür: "Nikotini əvəz edə bilən bir sıra tərəvəzlər var. Məsələn, cəfəri, ispanaq, şüyüd, pomidor, badımcan, gül kələm və s. tərəvəzlərin tərkibində nikotin var və onlarla qidalanmaq orqanizmdə ona olan tələbatı kifayət qədər ödəyir. Siqareti tərgidəndən sonra hər gün yarım stəkan portağal və qreypfrut şirəsi qəbul etmək qıcıqlanmanı aradan qaldırır".

Onun dediyinə görə tütün asılılığından xilas olmaq üçün kompleks şəkildə mübarizə aparılmalıdır: "Süd və süd məhsulları ilə qidalanmaq da nikotinə həvəsi azaldır. Badam, yerfındığı kimi çərəzlərlə qidalanmaq nikotinə olan tələbatı azaltmaqla yanaşı digər minerallarla zəngin olduğuna görə sinir sisteminə təsir göstərir. Qarabaşaq və yulafla qidalanmaq da bu sahədə faydalı vasitələrdəndir".


Etiketlər:  Siqareti tərgidəndən sonra tütün asılılığını aradan qaldırmaq üsulları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ