Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2022 06:38
Son 24 saat ərzində Rusiyanın digər bölgələrindən Ukrayna və Belarus sərhədlərinə əlavə qüvvələrin göndərilməsinin davam etdiyini görürük.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Pentaqon sözçüsü Con Kirbi deyib.
O, hazırda sərhəddə 100 mindən çox hərbçinin olduğunu bildirib:
"Konkret rəqəmlər verməyəcəyik, lakin bu, artmaqda davam edir. Rusiya hər gün özünə daha çox seçim təklif edir, imkanlarını artırır, sabitliyi pozmağa davam edir. Onsuz da gərgin olan vəziyyəti hər gün gərginləşdirməyə davam edir".