Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2022 14:34
Ukrayna Baş Prokurorluğu Mixail Saakaşvilini Gürcüstan həbsxanasında ona qarşı güc tətbiq edilməsi işi üzrə zərərçəkmiş kimi tanıyıb.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin vəkili Nika Qvaramiya deyib.
"Ukraynadan gələn son məlumata görə, Saakaşviliyə qarşı güc tətbiqi və mümkün işgəncələrə görə iş açılıb. Bu gün Mixail Saakaşvili qurban kimi tanınır", - vəkil söyləyib.
Onun sözlərinə görə, indi bu iş üzrə cinayət törədənləri müəyyən etmək qalır.
Qvaramiya iddia edib ki, təkcə hüquq-mühafizə orqanlarının nümayəndələri deyil, Gürcüstan hökumətinin yüksək rütbəli məmurları da qanunu pozan şəxslər ola bilərlər.