Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Konsert öncəsi məşhur müğənninin xəstəxanaya yerləşdirilməsi xəbəri yayıldı - VİDEO

Konsert öncəsi məşhur müğənninin xəstəxanaya yerləşdirilməsi xəbəri yayıldı - VİDEO

Tarix: 11 Fevral 2022 15:38

Rusiyanın məşhur müğənnisi Dima Bilanın koronovirus diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Mash" "Telegram" kanalının məlumatına görə, onun vəziyyəti orta ağır qiymətləndirilir. 

Fevralın 14-15-i konserti planlaşdırılan müğənni barədə yayılan xəbər izləyicilərində çaşqınlıq yaradıb. Dima Bilan "Instagram"da canlı yayım açaraq olanlara münasibət bildirib.

Müğənni daha əvvəl koronavirus keçirdiyini etiraf edib, amma hazırda xəstə olmadığını bildirib.

Konsertin möhtəşəm olacağını vurğulayan Bilan belə xəbərlərin yayılmasının kimlərəsə sərf etdiyini də qeyd edib.

Milli.Az


Etiketlər:  Konsert öncəsi məşhur müğənninin xəstəxanaya yerləşdirilməsi xəbəri yayıldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ