Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Haydar Dümen vəfat etdi

Haydar Dümen vəfat etdi

Tarix: 11 Fevral 2022 18:56

Türkiyənin tanınmış psixiatrı və yazıçısı Haydar Dümen 91 yaşında dünyasını dəyişib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, psixiatrın koronavirusdan öldüyü bildirilib.

"Posta" qəzetinin köşə yazarı olan H.Dümen ötən gün dəfn edilib.

Qeyd edək ki, Haydar Dümen 1931-ci ildə Türkiyənin Uşak şəhərində doğulub. O, psixiatriya və seksologiya sahələri üzrə mütəxəssis olub. H.Dümen xüsusilə cinsi mövzulardakı problemləri yumor anlayışı ilə qələmə alaraq geniş oxucu kütləsinə sahib olub.


Etiketlər:  Haydar Dümen vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ