Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni əsgərlər döyüşlərdə iştirak etməmək üçün bir-birinə xəsarət yetiriblər

Erməni əsgərlər döyüşlərdə iştirak etməmək üçün bir-birinə xəsarət yetiriblər

Tarix: 11 Fevral 2022 22:16

Ermənistanın İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində Cinayət Məcəlləsinin özünə xəsarət yetirməklə hərbi xidmətdən yayınma, habelə qəsdən ağır və ya ağır, habelə yüngül bədən xəsarəti yetirmə maddələri üzrə cinayət işinin ibtidai istintaqı tamamlanıb. 

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, 44 günlük müharibə zamanı 2020-ci il oktyabrın 19-da Ermənistanın Müdafiə Ordusunun N saylı hərbi hissəsinin hərbi qulluqçuları V.K. və N.A. hərbi vəzifələrini yerinə yetirməkdən müvəqqəti yayınmaq məqsədi güdərək, Hadrut-Xankəndi yolunun yaxınlığında qarşılıqlı razılaşma əsasında bir-birinə xəsarət yetiriblər.

N.A. ona təhkim olunmuş AK-74 avtomatından V.K.-nın sol çiyninə bir dəfə atəş açaraq onu yüngül yaralayıb. Daha sonra V.K. ona təhkim edilmiş AK-74 avtomatından N.A.-nın sağ baldır nahiyəsinə 1 dəfə atəş açaraq ona ağır xəsarət yetirib. Əsgərlərə qarşı ittiham irəli sürülüb. İbtidai istintaq yekunlaşıb, ittiham aktı ilə iş Sünik vilayəti üzrə ümumi yurisdiksiyanın birinci instansiya məhkəməsinə verilib.


Etiketlər:  Erməni əsgərlər döyüşlərdə iştirak etməmək üçün birinə xəsarət yetiriblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ