Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Taliblər ölkəni tərk etmiş müəllimləri geri çağırır

Taliblər ölkəni tərk etmiş müəllimləri geri çağırır

Tarix: 12 Fevral 2022 13:18

Talibanın rəhbərlik etdiyi Əfqanıstan hökuməti ölkəni tərk etmiş universitet müəllimlərini geri qayıtmağa çağırıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Təhsil Nazirliyinin yaydığı bəyanatda deyilir.

"Əfqanıstan bütün etnik qrupların ümumi evidir və biz onların inkişafına cavabdehik. Rifahın olmadığı bir şəraitdə ölkənin təhsil sistemi yarımçıq qalıb. Bununla əlaqədar olaraq, Ali Təhsil Nazirliyi ölkəni tərk etmiş bütün professorları evə qayıtmağa dəvət edir", - deyə qurumun bəyanatında bildirilir.

"Taliban" vurğulayıb ki, müəllimlər ölkənin inkişaf məqsədlərindən birinin həyata keçirilməsinə kömək etməlidir. Əfqanıstan hökuməti yeni müəllimləri işə götürmək üçün vəsait ayırdığını da açıqlayıb.

"Vətənlərini tərk edən kadrlardan xahiş edirik ki, geri qayıtsınlar və müqəddəs işlərini davam etdirsinlər və ölkənin elmi tərəqqisinə töhfə versinlər", - deyə Əfqanıstan Ali Təhsil Nazirliyi bildirib.


Etiketlər:  Taliblər ölkəni tərk etmiş müəllimləri geri çağırır


RƏYLƏR