Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Jirinovski haqda SENSASİON XƏBƏRLƏR: COVID deyil, zəhərləyiblər

Jirinovski haqda SENSASİON XƏBƏRLƏR: COVID deyil, zəhərləyiblər

Tarix: 12 Fevral 2022 18:54

Rusiya siyasi çevrələrində əsas müzakirə mövzusu eyni vaxtda üç parlament partiyasının - Vladimir Jirinovski (RLDP) və Gennadi Züqanovun (RKP) xəstənlənməsi ilə bağlı baş alıb gedən şayiələr və iddialardır.

Rusiyanın ən tanınmış siyasətçilərindən olan Liberal Demokrtalar Partiyasının lideri Jirinovskin ağciyərlərinin 75 faizinin zədələndiyi, hətta süni nəfəs apartına qoşulduğu haqda məlumatlar yayılıb. Səkkiz dəfə peyvəndi olmasına baxmayaraq, Jirinovskinin koronavirusu ağır keçirməsi ən müxtəlif şaiyələrə səbəb olub. 

Milli.Az Musavat.com-a istinadən bildirir ki, Jirinovskinin "kovid" deyil, zəhərləndiyinə dair iddialar var.

LDP liderinin səhhətinin ağırlaşması, hətta yaxın adamlarını tanımadığı haqda xəbərlər fonunda partiyadaşları sırasında kimin onun yerini tutacağı da aktiv müzakirə mövzusuna çevrilib. "Bir liderin partiyası" olsa da, illərdir Kremlin demokratiya imitasiyası sistemində yer alan LDP-yə Jirinovskidən sonra kimin rəhbərlik edəcəyini başlı-başına buraxmaq da olmaz. Üstəlik, partiyanın stabil seçici kütləsi də var. Jirinovskinin yerinə kimin gələ biləcəyi haqda iddialar sırasında real olanı da var, hətta ekzotik görünəni də. . Məsələn, Liberal Demokrat Partiyasının rəhbəri postuna namizədlər arasında "Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının lideri Sergey Mironovun namizədliyi müzakirə edilir. Liberal Demokrat Partiyasının rəhbərinin Xabarovsk qubernatoru Mixail Deqtyarovun olması variantı da var. Deqtyarov "narahat regionda güclü etiraz dalğasına" qalib gələrək, özünü Kremlə tamamilə sadiq siyasətçi kimi göstərib.

Milli.Az


Etiketlər:  Jirinovski haqda SENSASİON XƏBƏRLƏR COVID deyil zəhərləyiblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ