Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nigarla Mustafanın mahnısı dördüncü oldu - FOTO

Nigarla Mustafanın mahnısı dördüncü oldu - FOTO

Tarix: 13 Fevral 2022 17:38

Türkiyənin məşhur "Kral Pop" teleradio şirkəti ən çox dinlənilən mahnı siyahısını təqdim edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, Burak Bulut, Ebru Yaşar və Kuruluş Kuşun birgə ifası "İçime ata-ata" onluqda birinci yerin sahibi olub. Edisin "Arıyorum" mahnısı ikinci, Oğuzhan Koçun "Aşkın mevsimi" mahnısı isə üçüncü yerdə qərarlaşıb. 

Həmçinin, sıralamada azərbaycanlı ifaçı Nigar Muharrem də yer alıb. Onun Mustafa Ceceli ilə səsləndirdiyi "Salıncak" mahnısı dördüncü olub. 

Qeyd edək ki, siyahı radioda ən çox arzu olunanlar və səsləndirilənlərə əsasən hazırlanıb.

Milli.Az


Etiketlər:  Nigarla Mustafanın mahnısı dördüncü oldu FOTO


RƏYLƏR