Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Masallıda azyaşlılara enerji içkiləri satanlar cərimələnib

Masallıda azyaşlılara enerji içkiləri satanlar  cərimələnib

Tarix: 13 Fevral 2022 20:52

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu və energetik içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən müvafiq tədbirlər nəticəsində rayon ərazisində 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin iaşə obyektlərinin satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və hər biri cərimə olunublar.

Milli.Az


Etiketlər:  Masallıda azyaşlılara enerji içkiləri satanlar cərimələnib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ