Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ATƏT-in qurumları Ukraynada işini davam etdirəcək

ATƏT-in qurumları Ukraynada işini davam etdirəcək

Tarix: 13 Fevral 2022 22:14

ATƏT-in Ukrayna üzrə Xüsusi Monitorinq Missiyası bu ölkədə öz mandatını dayandırmadan yerinə yetirməyə davam edəcək.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu ATƏT-in baş katibi Helqa Şmid deyib.

"Mən ATƏT-in Xüsusi Monitorinq Missiyası və ATƏT-in Ukraynadakı Layihə Əlaqələndirici Ofisinin müstəsna işinə görə çox minnətdaram. Onlar öz mandatlarını fasiləsiz yerinə yetirməyə davam edəcəklər", - Şmid tviter səhifəsində vurğulayıb.

Bundan əvvəl bəzi KİV-lər xəbər veriblər bir sıra ölkələr ATƏT müşahidəçilərini yenidən yerləşdirmək qərarına gəliblər.


Etiketlər:  ATƏT qurumları Ukraynada işini davam etdirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ